Cəmiyyət
ANS-in "Böyük Seva"sının ağır əməliyyatdan sonrakı vəziyyəti açıqlandı
Ötən gün beyin əməliyyatı keçirən, hər kəsin ANS telekanalından "Böyük Seva" kimi tanıdığı jurnalist Sevda Həsənovanın son vəziyyəti məlum olub. Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Neyrocərrahiyyə Xəstəxanasından bildirilib ki, Sevda Həsənova fevralın 2-də, saat 12:10-da onlara müraciət edib. "Həkim müayinəsindən sonra zəruri tibbi xidmətlər göstərilən pasiyentə sağtərəfli akustik nevrinoma diaqnozu təyin edilib. Onun üzərində fevralın 6-da sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı uğurla icra edilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, huşu aydın, vəziyyəti stabildir", - deyə məlumatda vurğulanır. Xatırladaq ki, ötən gün yeddi saatdan çox davam edən əməliyyat zamanı S.Həsənovanın beyin şişinin cərrahi yolla götürülməsi (ekstirpasiyası) prosesi aparılıb. Əzizə İsmayılova
Mənbə
oxu.az