Cəmiyyət

Liseydə şagirdi tərəfindən güllələnən müəllimədən xəbər var

07 Feb 2026, 12:26 2 baxış
Liseydə şagirdi tərəfindən güllələnən müəllimədən xəbər var
Bakıda "İdrak" liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsinin son vəziyyəti məlum olub. Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən bildirilib ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir. "Onun vəziyyəti stabil qiymətləndirilir", - deyə açıqlamada bildirilib. Xatırladaq ki, ötən gün Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş verib. 10-cu sinif şagirdi Ə.Ş. liseyin müəlliməsi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər