Cəmiyyət

Sumqayıt bulvarında 28 yaşlı gəncin meyiti tapıldı

07 Feb 2026, 12:09 2 baxış
Sumqayıt bulvarında 28 yaşlı gəncin meyiti tapıldı

Sumqayıt şəhərində ölüm faktı qeydə alınıb.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhər bulvarı ərazisində baş verib.


Məlumata görə, 1997-ci il təvəllüdlü Natiq Nadir oğlu Şamilovun cansız bədəni ərazidə tapılıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və ərazi mühafizəyə götürülüb.


Meyit müvafiq qurumlara təhvil verilib.


Faktla bağlı araşdırma başlanılıb, ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər