Cəmiyyət

Azərbaycanda bu 5 idarə ləğv edildi

06 Feb 2026, 20:26 2 baxış
Azərbaycanda bu 5 idarə ləğv edildi

Azərbaycanda beş idarə ləğv olunduğunu elan edib.


Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunlar Neftçala Melioservis İdarəsi və Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi, Ucar Melioservis İdarəsi, Yevlax Melioservis İdarəsi və Bərdə Melioservis İdarəsidir.


Qeyd edək ki, Neftçala Melioservis İdarəsi 2002-ci ildə yaradılıb. İdarənin rəisi Nizami Nəsirovdur. İdarənin hazırda dövlətə 93285.84 manat borcu vardır. Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi isə 1995-ci ildə yaradılıb və rəisi Ramis İsmayılovdur. Yevlax Melioservis İdarəsi 1999-cu ildə yaradılıb, rəisi Cəsarət Zülüyevdir. Bərdə Melioservis İdarəsi 2002-ci ildə yaradılıb, rəisi Nüsrət Məmmədovdur. İdarənin hazırda dövlətə 8532.45 manat borcu vardır.

Mənbə axar.az

Oxşar Xəbərlər