Cəmiyyət

Bakıda mütəmmadi tıxaclara görə bəzi marşrutların hərəkət sxemi dəyişdirilir

06 Feb 2026, 16:49 2 baxış
Bakıda mütəmmadi tıxaclara görə bəzi marşrutların hərəkət sxemi dəyişdirilir
Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir. Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, fevralın 7-dən 32 və 120 nömrəli xətlər üzrə avtobusların hərəkəti Kövkəb Səfərəliyeva küçəsi ilə deyil, xüsusi hərəkət zolağının mövcud olduğu Puşkin küçəsi ilə təşkil ediləcək. Qeyd edək ki, Kövkəb Səfərəliyeva küçəsində müşahidə edilən nəqliyyat sıxlığı 32 və 120 nömrəli marşrutlar üzrə avtobuslararası intervalın artmasına səbəb olur. Dəyişiklik avtobusların ləngiməsinin qarşısını alacaq, marşrutların nizamlı fəaliyyətinə şərait yaradacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər