Cəmiyyət
"Yaşıl dərə"də yolların vəziyyəti sakinləri narahat edir: "Avtobusla da getmək olmur"
Sumqayıt şəhərinin "Yaşıl dərə" yaşayış massivində yolların yararsız vəziyyətdə qalması sakinlərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər yayımlanıb.
Görüntülərdə yolların uzun müddətdir təmir olunmaması əksini tapıb. Sakinlər bildiriblər ki, xüsusilə 7-ci məhəllədə yollar çox yararsız haldadır. "Yolların bərbad olması səbəbindən nəqliyyatın hərəkəti çətinləşib. Avtobusla da getmək olmur", - deyə şikayətdə bildirilib. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan tədbir görülməsini xahiş ediblər. Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt şəhər bələdiyyəsindən bildirilib ki, şəhərin yol-nəqliyyat infrastrukturunun mərhələli şəkildə yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər planı icra olunur. "Həmin tədbirlər planına uyğun olaraq, şəhərin müxtəlif ərazilərində təmirə ehtiyac olan yol sahələrində asfaltlama və bərpa işləri aparılır. Müraciətdə qeyd olunan, 42 saylı ictimai nəqliyyat marşrutunun hərəkət etdiyi ərazi üzrə yol infrastrukturunun təmir olunması da Sumqayıt şəhər bələdiyyəsinin tədbirlər planına daxil edilib və nəzərdə tutulmuş ardıcıllıq əsasında müvafiq işlərin görülməsi planlaşdırılır. Eyni zamanda, bildiririk ki, ictimai nəqliyyatın hərəkət marşrutları daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə mütəmadi monitorinqlər və zəruri tədbirlər həyata keçirilir. Qeyd edək ki, 33 saylı marşrut üzrə yolun müəyyən hissəsində artıq asfaltlama işləri aparılıb və oxşar tədbirlərin 42 saylı marşrut üzrə də mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur", - deyə məlumatda vurğulanıb. Əzizə İsmayılova

Mənbə
oxu.az