İqtisadiyyat

Yanvarda dövlət büdcəsinə iki milyard manatdan çox vergi daxil olub

05 Feb 2026, 14:48 1 baxış
Yanvarda dövlət büdcəsinə iki milyard manatdan çox vergi daxil olub
2026-cı ilin yanvar ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 50.3 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 50.3 milyon manat çoxdur. Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 1 milyard 467.1 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 42.1 milyon manat vəsait ödənilib. "2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 88.9 milyon manat və ya 6.5 faiz artıb. Ödənilən vergilərin 71.6 faizi qeyri-neft-qaz sektorunun, 28.4 faizi isə neft-qaz sektorunun payına düşüb. 2026-cı ilin yanvar ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 468 milyon manat olub. Bu mənbədən daxilolmalar 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5.6 faiz və ya 24.6 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilin yanvar ayına nisbətən 8.2 faiz artaraq 347.5 milyon manata yaxın təşkil edib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7.4 faiz artıb və 17.2 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10.9 faiz artaraq 14.5 milyon manata yaxın təşkil edib. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2025-ci ilin yanvar ayına nisbətən bir faiz artıb və 80.2 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2.4 faiz artaraq 62.4 milyon manatdan artıq təşkil edib" - deyə, məlumatda qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər