Cəmiyyət

Dubaydan gələn şəxsdən brilyant qaşlar götürüldü

05 Feb 2026, 12:03 2 baxış
Dubaydan gələn şəxsdən brilyant qaşlar götürüldü

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların və qızıl-zinət əşyalarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.


Bu barədə Axar.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.


Məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə gömrük baxışı keçirilib və üzərində şəxsi yoxlama aparılıb.


Yoxlama zamanı həmin şəxsə məxsus çamadanın içərisində gizlədilən və gömrük orqanına bəyan edilməyən 12,745 karat brilyant qaşlar və ümumi çəkisi 13 qram olan qızıl-zinət əşyaları aşkarlanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər