Cəmiyyət

Kənan Əkbərov: "e-Sosial portalından qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2,7 milyonu ötüb"

05 Feb 2026, 11:23 2 baxış
Kənan Əkbərov: "e-Sosial portalından qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2,7 milyonu ötüb"
"e-Sosial portalından qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2.7 milyonu ötüb". Oxu.Az xəbər verir ki, bu fikirləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov mətbuat konfransında səsləndirib.
O qeyd edib ki, "e-Sosial" portalı və mobil tətbiqi təkmilləşdirilərək portal üzərindən müraciətlərin statusunun izlənməsi, əməkhaqqı kalkulyatorundan istifadə mümkün olub: "Həmçinin portalda süni intellekt əsaslı "iDOST" köməkçi botu sorğuların cavablandırılması və birbaşa xidmət keçidlərinə yönləndirmə funksiyaları ilə istifadəçilərin ixtiyarına verilib. Hazırda portalda və mobil tətbiqdə istifadədə olan "Sənə özəl" menyusu əlilliyi olan şəxslər üçün reabilitasiya ilə bağlı məlumatları tam əlçatan edir. Eyni zamanda, tətbiq daxilindəki rəqəmsal barkod və QR-kod sistemi pensiyaçılara, müavinət və təqaüd alan şəxslərə tərəfdaş market, aptek və klinikalarda real endirimlərdən yararlanmağa imkan verir". Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər