Cəmiyyət

Bakıda külək hasarı aşırdı, dağıntılar altında qalan kişi öldü

05 Feb 2026, 11:11 2 baxış
Bakıda külək hasarı aşırdı, dağıntılar altında qalan kişi öldü

Bakıda güclü külək nəticəsində ölən şəxsin kimliyi məlum olub.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə fevralın 4-ü saat 15 radələrində paytaxtın Xətai rayonu, Zeytun küçəsində baş verib.


Güclü külək Zeytun küçəsində yerləşən hasarı uçurub. Hadisə nəticəsində Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Rüfət Qasımov uçqun altında qalaraq ölüb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər