Cəmiyyət

Vens Azərbaycana bu mərasimdən sonra gələcək - KİV

05 Feb 2026, 11:17 2 baxış
Vens Azərbaycana bu mərasimdən sonra gələcək - KİV

ABŞ nümayəndə heyəti ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin rəhbərliyi ilə İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının açılışından sonra Azərbaycana və Ermənistana səfər edəcək.


Axar.az xəbər verir ki, bu barədə "Assoşeyted Press" (AP) məlumat yayıb.


Məlumata görə, Vens əvvəlcə İtaliyada keçiriləcək 2026-cı il Qış Olimpiya Oyunlarında ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək, daha sonra isə rəsmi səfər çərçivəsində Bakı və İrəvana yollanacaq.


Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər