Cəmiyyət
Dünyaşöhrətli bəstəkar Qara Qarayevin doğum günüdür
Fevralın 5-i Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin anadan olduğu gündür. Oxu.Az xatırladır ki, görkəmli sənətkar 1918-ci ildə Bakı şəhərində tanınmış həkim, tibb professoru Əbülfəz Qarayev və Sona Axundova-Qarayevanın ailəsində dünyaya göz açıb. Fortepiano ifaçılığı üzrə təhsil alan Qara Qarayev 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbinə daxil olub. 1930-cu ildə o, konservatoriya yanında fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano şöbəsində təhsilini davam etdirib. 1935-ci ildən isə konservatoriyanın bəstəkarlıq fakültəsində professor Leopold Rudolfun sinfində oxuyub.
1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul olunub. Bir il sonra, 1938-ci ildə Moskva Dövlət Konservatoriyasında tələbə adını qazanıb. 1941-ci ildə dahi Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib. Üzeyir bəy hələ ilk tanışlıqdan Qara Qarayevin böyük istedadını hiss edə bilib. Üzeyir Hacıbəyovun yaradıcılığında və ölkəmizdə ilk dəfə skripka, violonçel və fortepiano triosu üçün tətbiq edilən aşıq üslubu 1965-ci ildə Qara Qarayevi həmin əsərin "Aşıqsayağı" adlı simfonik transkripsiyasını bəstələməyə sövq edib. Bəstəkar 1938-ci ildə ilk irihəcmli əsərini - Rəsul Rzanın şeirləri əsasında xor, simfonik orkestr və rəqs ansamblı üçün nəzərdə tutulan "Könül mahnısı" kantatasını ərsəyə gətirib.
1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər vəzifəsində çalışıb. 1943-cü ildə ilk simfoniyasını yazıb. 1944-cü ildə isə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədr müavini seçilib. 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə müəllimlik fəaliyyətinə başlayıb. Həmin ildə SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi seçilib. 1948-ci ildə dosent elmi adını alıb. 1949-cu ildə İncəsənət İnstitutunun musiqi şöbəsinə rəhbər təyin edilib. Qara Qarayev 1950-53-cü illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsini icra edib. 1952-ci ildə Sülh uğrunda Müdafiə Komitəsinin üzvü olub, 1953-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri vəzifəsinə gətirilib. Həmin ildə Ümumittifaq Sülh həmrəyliyi tərəfdarlarının IV konfransında nümayəndə kimi iştirak edib və Leninqrad Dövlət Kiçik ("Malıy") opera teatrında məşhur "Yeddi gözəl" baletinin premyerası baş tutub. O, 1954-cü ildən 1982-ci ilə qədər SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü, 1955-ci ildən 1976-cı ilə qədər isə SSRİ Ali Sovetinin IV-IX çağırış deputatı olub. 1956-73-cü illər ərzində Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi kimi fəaliyyət göstərib, 1956-cı ildə Azərbaycan Bəstəkarlarının I qurultayına nümayəndə, 1957-ci ildə SSRİ Kinematoqrafiya İşçiləri İttifaqının üzvü seçilib. Həmin dövrdə "Don Kixot" filminin musiqisini bəstələyib. 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilən bəstəkar, eyni zamanda, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru olub. Moskvada keçirilən Azərbaycan incəsənət dekadasında iştirak edib. Çexoslovakiyada "Yeddi gözəl" baletinin ilk tamaşasında iştirakçı olub.
1963-cü ildə "Yeddi gözəl" baleti Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika Respublikasının səhnələrində nümayiş etdirilib. Vətən mövzusu Qara Qarayevin yaradıcılığında xüsusi yer tutub. İkinci simfoniya, Cövdət Hacıyevlə birgə yazdığı "Vətən" operası, "Ürək mahnısı" kantatası, "Səadət mahnısı" və "Azərbaycan" süitası bu qəbildən olan əsərlərdir. Tatyana Neçayeva ilə ailə quran bəstəkarın Fərəc adlı oğlu və Züleyxa adlı qızı dünyaya gəlib. Həyat yoldaşına böyük sevgi və etimad bəsləyən Qarayev yuxuda eşitdiyi yeganə musiqi əsəri olan "Prelüdiya lya major"u səhər nota köçürərək Tatyanaya ithaf edib.
Dahi sənətkar 1982-ci il mayın 13-də Moskvada dünyasını dəyişib və Bakıda Fəxri xiyabanda torpağa tapşırılıb. 1982-ci ildə Azərbaycan Dövlət Kamera Orkestrinə bəstəkarın adı verilib, 1984-cü ildə "Bəstəkar Qara Qarayev" gəmisi dənizə buraxılıb, 1989-cu ildə səkkizillik orta musiqi məktəbinə Qara Qarayevin adı verilib. 1991-ci ildə Bakı metrosunun "Avrora" stansiyasının adı dəyişdirilərək bəstəkarın xatirəsinə "Qara Qarayev" adlandırılıb. Həmin ildə Bakı şəhərinin küçələrindən birinə onun adı verilib. 1998-ci ildə "Qara Qarayev" poçt markası dövriyyəyə buraxılıb. 2007-ci ildən etibarən Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı keçirilir. TÜRKSOY tərəfindən 2018-ci il "Qara Qarayev İli" elan olunmuşdu. Həmin ilin oktyabrın 1-də Bakının Nizami küçəsində bəstəkarın ev-muzeyinin açılış mərasimi baş tutub.

Mənbə
oxu.az