Cəmiyyət
Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır - FAKTİKİ HAVA
Mayın 17-si saat 9:30-a olan faktiki hava açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yaıb. Bildirilib ki, mayın 17-si saat 09:30-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır. Düşən yağıntının miqdarı 40-55 mm qeydə alınıb ki, bu da aylıq normanın 203-279 %-ni təşkil edir.
Mənbə
oxu.az