Cəmiyyət
Anar Quliyev: "Növbəti 10 il üçün hədəflərimizi müzakirə edəcəyik"
"Biz Nazirlər Şurasının iclasında növbəti 10 illik üçün hədəflərimizi müzakirə edəcəyik". Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev WUF13 çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşdə deyib. O bildirib ki, dünyada şəhərlər mənzil çatışmazlığı problemi ilə üzləşirlər: "Buna görə də beynəlxalq əməkdaşlıq vacibdir. 2016-cı ildə qəbul edilmiş gündəlik üzrə əldə olunan uğurları nəzərdən keçirməliyik və növbəti 10 il ərzində hansı hədəflərə nail olacağımızı müzakirə etməliyik. Mənzil məsələsi təhsil və səhiyyə ilə də birbaşa bağlıdır. Dünyadakı şəhərlərdə əhalinin sayı artıb. Bu da yeni çağırışlar yaradıb. Nazirlər Şurasının görüşü qlobal dialoq baxımından dünyanın ən mühüm tədbirlərindən biridir. Biz qarşıdakı onilliklərlə bağlı hədəflərimizi müəyyənləşdirəcəyik və bu iclas gələn ay BMT-də keçiriləcək əsas görüşə hazırlıq xarakteri daşıyır".
Mənbə
oxu.az