Cəmiyyət

Məktəbdə yanğın: şagird və müəllimlər təxliyə edildi - Foto

05 Feb 2026, 10:51 2 baxış
Məktəbdə yanğın: şagird və müəllimlər təxliyə edildi - Foto

Masallı rayonunun Xırmandalı kəndində yerləşən orta məktəbdə yanğın baş verib.


Axar.az APA-ya istinadən xəbər verir ki, otaqların birində baş verən yanğın qısa müddətdə yayılmağa başlayıb.


Şagird və müəllimlər məktəbdən təxliyə olunub. Hadisə yerinə Masallı Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində alovun yayılmasının qarşısı alınıb.


Məlumata görə, yanğın direktorun otağından başlayıb. Yanğına səbəb isə elektrik xəttlərində baş verən qısaqapanma olub.


Qeyd edək ki, məktəbdə otaqlar elektrik vasitələrindən istifadə olunaraq qızdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər