Cəmiyyət

Bakıda daha bir qanunsuz tikili söküldü - Video

05 Feb 2026, 09:35 2 baxış
Bakıda daha bir qanunsuz tikili söküldü - Video

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.


Nazirlikdən Axar.az-a verilən məlumata görə, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Xocasən qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.


Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.


Mənbə axar.az

Oxşar Xəbərlər