Cəmiyyət

Hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir

04 Feb 2026, 18:54 2 baxış
Hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir
Fevralın 4-ü saat 18:00-a olan faktiki hava açıqlanıb. Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Belə ki, Bakıda və Abşeron yarımadasında, Şahbuz, Daşkəsən, Şabran, Şəki, Şamaxı, Qobustan, Gədəbəy, Xızı, Lerik, Altıağac, Xaltan, Şahdağ, Quba, Qusar, Qaxa (Sarıbaş) qar, İmişli, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Zaqatala, Balakən, Beyləqana isə yağış yağır. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Neftçalada 20, Tovuzda 17, Culfada 15 m/s-yə çatır. Dənizdə dalğanın hündürlüyü 5.5 metrdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər