İqtisadiyyat

Özbəkistan və Azərbaycan 10 milyard dollarlıq investisiya paketi formalaşdırır

04 Feb 2026, 14:04 1 baxış
Özbəkistan və Azərbaycan 10 milyard dollarlıq investisiya paketi formalaşdırır
"Özbəkistan və Azərbaycan iki ölkənin müəssisələri və biznes dairələri arasında birgə layihələrin həyata keçirilməsi üçün 10 milyard ABŞ dolları məbləğində investisiya paketinin formalaşdırılması üzərində işləyir". Oxu.Az xəbər verir ki, bunu "Report"a Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov bildirib.
"Biz artıq Özbəkistan və Azərbaycan müəssisələri arasında birgə layihələr üçün 10 milyard dollarlıq investisiya paketinin formalaşdırılması üzərində işləyirik. Eyni zamanda, ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmağı qarşıya vəzifə qoyuruq", - diplomat qeyd edib. Səfirin sözlərinə görə, ölkələr arasında əməkdaşlıq yol xəritəsi çərçivəsində qurulub və XİN-lər arasında müntəzəm məsləhətləşmələr, Ali Dövlətlərarası Şuranın iclaslarına hazırlıq və sahəvi tədbirlər - biznes forumlar, regionlararası forumlar, səhiyyə sahəsində məsləhətləşmələr və elmi ictimaiyyətin görüşləri kimi tədbirləri əhatə edir.
Özbəkistan və Azərbaycan 10 milyard dollarlıq investisiya paketi formalaşdırır
Mənbə oxu.az

Oxşar Xəbərlər