İqtisadiyyat

Qlobal iqtisadi müharibələr Azərbaycanda inflyasiyaya necə təsir edəcək?

04 Feb 2026, 13:24 1 baxış
Qlobal iqtisadi müharibələr Azərbaycanda inflyasiyaya necə təsir edəcək?
"Azərbaycan hökumətinin və siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində ölkəmiz demək olar ki, qlobal iqtisadi müharibədən kənarda qalıb". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, həmin müharibədə iştirak edən ölkələrdə inflyasiyanın artımının idxal edəcəyimiz malların qiymətlərinə təsiri ola bilər: "AMB olaraq bu məsələləri daima diqqət mərkəzində saxlayırıq. Təkcə bizim deyil, bütün ölkələrin mərkəzi banklarının bu tip inflyasiya ilə mübarizə etmək üçün alətləri çoxdur. ​Amma yenə də düşünürük ki, qlobal ticarətdə olan proseslər bizim ticarət tərəfdaşlarımızda inflyasiyanın artımına təsir edəcək. Bununla da ölkəmizə idxal olunan mal və xidmətlərin fonunda qlobal iqtisadi müharibələr bizim inflyasiyamıza təsir edə bilər". Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər