İqtisadiyyat
Taleh Kazımov: "Valyuta bazarında təklif tələbi üstələyib"
"2025-ci ildə valyuta bazarında təklif tələbi üstələyib". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, valyuta bazarında ortalama bir hərraca 70 milyon dollar vəsait təklif edildiyi halda tələb 54 milyon olub: "Fiziki şəxslərin nağd əməliyyatında da təklif tələbi üstələyib. 423 milyon dollar banklar tərəfindən alınıb. Yəni əhali daha çox dollar satıb. Ötən il təxminən 400-450 milyon dollara yaxın vəsait satılmayıb. Neft Fondunun büdcə transferi tamamilə icra olunub. Onun bir hissəsi tələb olmadığı təqdirdə Maliyyə Nazirliyinə dollar şəklində transfer edilib. Hansı ki, tələb olduqda biz ondan növbəti aylarda valyuta bazarında istifadə etməyə hazırıq". Aygün Mirakif
Mənbə
oxu.az