Cəmiyyət

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

04 Feb 2026, 12:24 2 baxış
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Azərbaycan Dəmir Yolları QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 7 və 8 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.


Axar.az xəbər verir ki, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər edə bilər.


Qeyd edək ki, biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Mənbə axar.az

Oxşar Xəbərlər