Cəmiyyət

Ağcabədidə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb

04 Feb 2026, 11:20 2 baxış
Ağcabədidə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədidə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, agentliyin əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Hümmət Xəlil oğlu Abışova məxsus pendir sexində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər