Cəmiyyət

Bakıda iki ünvanda avtobus zolağında fərdi maşınlara minib-düşmə yeri yaradılıb

04 Feb 2026, 11:32 2 baxış
Bakıda iki ünvanda avtobus zolağında fərdi maşınlara minib-düşmə yeri yaradılıb
Avtobus zolaqları olan ərazilərdə minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması prosesi davam etdirilir. Növbəti belə məkanlar Səbail və Nəsimi rayonları ərazisində təşkil edilib. Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, Üzeyir Hacıbəyli küçəsində (Puşkin küçəsi ilə Azadlıq prospektinin aralığı) və Azadlıq prospektində (ABŞ səfirliyinin qarşısı) minib-düşmə yerləri ilə bağlı müvafiq lövhələr yerləşdirilib: "Görülən bu tədbirlərin əsas məqsədi avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır. Bu yerlərdən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir".
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər