İqtisadiyyat
2026-ci ilin sonuna cari əməliyyatlar hesabının gözlənilən profisiti açıqlandı
"2026-ci ilin sonuna dair proqnozumuza əsasən, cari əməliyyatlar hesabının profisiti 3.7 milyard ABŞ dolları səviyyəsində gözlənilir". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, ötən ilin doqquz ayının nəticəsinə görə, cari əməliyyatlar hesabının profisiti ümumi daxili məhsulun 5.4 faizini təşkil edib". "Cari əməliyyatlar hesabında 3 milyard ABŞ dolları səviyyəsində profisit formalaşıb. 12 aylıq gömrük statistikasına əsasən, xarici ticarət balansının profisiti 663 milyon ABŞ dolları olub. Lakin daha dəqiq təhlil aparmaq məqsədilə bu göstəricilərdən qızıl ixracını istisna etdikdə, xarici ticarət balansının profisiti 6.9 milyard ABŞ dolları səviyyəsində formalaşıb". Aygün Mirakif
Mənbə
oxu.az