Cəmiyyət
Azərbaycanda 2026-c ilin ilk ayında pensiya təyin edilənlərin sayı açıqlandı
Bu ilin yanvar ayında Azərbaycanda 3 min 754 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Məlumata əsasən, əmək pensiyası təyin olunan şəxslərin 63.43%-ni kişilər, 36.57%-ni isə qadınlar təşkil edib.
Mənbə
oxu.az