Cəmiyyət

Güclü külək Bakıda xeyli ağacı aşırdı

04 Feb 2026, 10:42 2 baxış
Güclü külək Bakıda xeyli ağacı aşırdı

Bakıda gecədən başlayan güclü külək nəticəsində 19 ağac aşıb, 15 ağacın budaqları qırılıb.


Bu barədə Axar.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.


Bildirilib ki, güclü külək nəticəsində birliyin qaynar xəttinə daxil olan 34 müraciət Xətai, Nəsimi, Suraxanı və Binəqədi rayonlarını əhatə edib.


Qurumun əməkdaşları tərəfindən indiyədək 15 aşmış ağac, 13 qırılan budaq ərazidən götürülərək təmizlənib.

Mənbə axar.az

Oxşar Xəbərlər