Digər

Ukraynada müharibənin gedişatı bu halda dəyişə bilər

04 Feb 2026, 09:00 18 baxış
Ukraynada müharibənin gedişatı bu halda dəyişə bilər

Ukraynanın şəhərlərini müdafiə etmək üçün “Patriot” sistemlərinə ehtiyacı var, lakin Qərb müttəfiqlərinin raketləri təhvil verməsi daha vacibdir.


Axar.az xəbər verir ki, bunu ukraynalı aviasiya eksperti Valeri Romanenko bildirib.


“Bizim ən çox ehtiyac duyduğumuz şey “Tomahavk” və HİMARS üçün ən son ballistik raketlərdir. Amerikalılar hazırda iki növ raket hazırlayırlar. Onlar 500 km-ə qədər mənzilə malik PrSM, bundan əlavə, eyni sistemlər üçün 1000 km mənzilə malik raket istehsal edirlər. Əgər biz bu raketləri alsaydıq, müharibənin gedişatı tamamilə dəyişərdi. Çünki bu raketlərlə biz artıq Rusiyanın Moskvadakı raket istehsalını məhv edə bilərdik”, - deyə Romanenko bildirib.


O əlavə edib ki, bu raketlər Ukraynaya Rusiyanın paytaxtı ətrafında qurulmuş hava və raket müdafiə sistemlərini məhv etməyə imkan verəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər