İqtisadiyyat

"Bitcoin"in qiyməti Trampın ikinci prezidentliyi müddətində ən aşağı səviyyəyə düşdü

04 Feb 2026, 00:48 1 baxış
"Bitcoin"in qiyməti Trampın ikinci prezidentliyi müddətində ən aşağı səviyyəyə düşdü
"Bitcoin"in qiyməti təxminən 8% azalaraq 73 000 dollardan aşağı düşüb. Oxu.Az xəbər verir ki, məlumatı "Binance" platforması yayıb. Kriptovalyuta bu səviyyəyə sonuncu dəfə 2024-cü il noyabrın 6-da, Donald Trampın prezident seçkisində qalib gəldiyi gün çatıb. Bakı vaxtı ilə saat 23:01-ə olan məlumata görə, "Bitcoin"in dəyəri 7.93% azalaraq 72 955 dollara düşüb. Qısa müddət sonra qiymət 75 000 dollaradək qalxıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər