Digər

Şərqi Azərbaycanda zəlzələ oldu

03 Feb 2026, 23:55 2 baxış
Şərqi Azərbaycanda zəlzələ oldu

İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhərində 4.3 maqnitudalı zəlzələ qeydə alınıb.


Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) məlumat yayıb.


Bildirilib ki, zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.


Qeyd edək ki, Mərənd şəhəri Türkiyə sərhəddindən təxminən 200 kilometr cənubda yerləşdiyi üçün AFAD bu yeraltı təkanlar barədə məlumat verib. Mərənd şəhəri ilə Naxçıvan arasında isə 100-120 km məsafə var.

Mənbə axar.az

Oxşar Xəbərlər