Digər

İran katerləri ABŞ tankerini ələ keçirmək istədi, lakin...

03 Feb 2026, 22:07 2 baxış
İran katerləri ABŞ tankerini ələ keçirmək istədi, lakin...

İran katerləri Hörmüz boğazında Amerika tankerini tutmağa cəhd edib.


Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.


Bildirilib ki, fevralın 3-ü səhər İran qayıqları Hörmüz boğazında ABŞ neft tankerinə yaxınlaşaraq dayanmağı əmr edib. Hadisə Vaşinqtonun bölgədə artan hərbi iştirakı fonunda baş verib.


Dəniz təhlükəsizliyi şirkəti olan “Vanguard Tech”in informasiyasına görə, 50 kalibrli pulemyotlarla silahlanmış altı İran qayığı strateji əhəmiyyətli su yoluna girərkən tankerə yaxınlaşaraq ekipajdan mühərrikləri söndürməyi tələb edib.


Lakin gəmi sürətlənib və tezliklə Amerika hərbi gəmisi tərəfindən müşayiət olunub.


ABŞ rəsmiləri məlumatı təsdiqləyiblər.

Mənbə axar.az

Oxşar Xəbərlər