Digər
Paşinyan Hindistanın Baş qərargah rəisi ilə görüşdü
Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsində rəsmi səfərdə olan Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Anil Çauhaninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Axar.az xəbər verir ki, Nikol Paşinyan iki ölkə arasında isti münasibətlərin mövcudluğunu və müxtəlif istiqamətlərdə aktiv dialoqun davam etdiyini bildirib.
Həmsöhbətlər müdafiə və təhlükəsizlik sahəsində gələcək əməkdaşlıqla bağlı məsələlərə toxunublar.
Mənbə
axar.az