Digər

Ermənistanda İrana hücumla bağlı hazırlıq gedir - Qalstyan

03 Feb 2026, 16:21 2 baxış
Ermənistanda İrana hücumla bağlı hazırlıq gedir - Qalstyan

İranda Ermənistana mənfi təsir göstərə biləcək hadisələrə hazırlıq görülür.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan deyib.


Onun sözlərinə görə, İranla bağlı hazırda üç mümkün ssenari müzakirə olunur: qoşunların iştirakı ilə İranda hərbi əməliyyat, hava zərbələri və ritorik çağırışlar.


“Bu üç ssenarinin hamısı müzakirə olunur və sistemimizi düzgün şəkildə konfiqurasiya edərək, hazırlıq görürük”, - Qalstyan bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər