İqtisadiyyat
Rusiyanın TRİPP-də iştirakı absurddur - Simonyan
Rusiyanın “Tramp yolu” layihəsində mümkün iştirakı absurddur.
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Trampın yolu” əsasən erməni-amerikan təşəbbüsüdür. Söhbət hansısa marşrutun və ya yolun açılmasından gedirsə, mənim fikrimcə, bu, (Rusiyanın iştirakı) ayrıca bir təşəbbüs kimi rəsmiləşdirilməlidir. “Tramp yolu” çərçivəsində bu, bir qədər absurd görünür, çünki bu, mahiyyətcə sözügedən layihənin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək olardı”, - Simonyan bildirib.
Mənbə
axar.az