İqtisadiyyat
Minimum əməkhaqqı məbləğinə baxış: Daha nələr dəyişməlidir?
Pərviz Heydərov yazır... Ölkəmizdə minimum əməkhaqqının məbləği hazırda 400 manatdır və işəgötürənlərin qeyd olunan məbləğdən aşağı məvacib vermək hüququ olmadığı, bəllidir. 2018-ci ildə bu məbləğ 130 manat təşkil edirdi. Məhz 2019-cu ildən etibarən ölkədə həyata keçirilən və dörd milyon insanı əhatə edən beş sosial islahat paketi çərçivəsində bu rəqəm 3.1 dəfə artırılaraq 400 manata çatdırıldı. Ümumiyyətlə, minimum əməkhaqqının artırıldığı illərə nəzər salsaq 2019-cu il xüsusilə seçilir. Həmin ilin mart və sentyabr aylarında üst-üstə ilk iki sosial paketin icrası nəticəsində minimum aylıq əməkhaqqı 130 manatdan mərhələlərlə 250 manata qaldırıldı. Və sözügedən göstərici ilk dəfə olaraq ölkə üzrə hər il müəyyən edilən yaşayış minimumu göstəricisini keçdi. Hansı ki, hökumət neçə il idi buna çalışırdı. Altı ildir ki, minimum aylıq əməkhaqqı yaşayış minimumu, həmçinin ehtiyac meyarı göstəricisindən yüksəkdə dayamaqla əvvəlki dövrdən fərqli olaraq daha böyük mahiyyət və məna kəsb edir. Lakin minimum əməkhaqqı ilə bağlı hər şey heç də tələb olunan vəziyyətdə deyil. Yəni, onun həddi ilə yanaşı, əhəmiyyəti və rolu da artırılmalıdır. Başqa sözlə, mahiyyəti təkmilləşdirilməli və dəyişdirilməlidir. Hətta onu da qeyd etmişəm ki, məsələn, yaşayış minimumu ilə ehtiyac meyarı göstəricilərinə büdcə zərfi ilə birgə hər il yenidən baxıldığı halda nəyə görə minimum istehlak səbəti göstəricinə (tərkibinə) üç ildən bir, minimum aylıq əməkhaqqına isə hökumətin məsləhət bildiyi vaxt baxılır.
Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu sayılmaqla, yaşayış minimumunun hesablanması üçün əsas sosial norma hesab olunur. Ölkəmizdə minimum istehlak səbətinin tərkibinə sonuncu dəfə 2014-cü ildə baxılıb. Söhbət var ki, ölkəmizdə minimum əməkhaqqının məbləğinə yaşayış minimumu ilə ehtiyac meyarına dair olduğu kimi ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Bu, Əmək Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişiklərə dair qanun layihəsində əksini tapıb. Belə ki, sözügedən layihəyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Sual yarana bilər; bu, dövlət büdcəsi üçün əlavə yük yaratmır? Xeyr... Çünki, son illər ölkədə minimum aylıq əməkhaqqı artımı gəlirləri büdcədən asılı olan muzdlu işçilərin hamısına təsir etmir. Məsələn, orta təhsil müəssisələrində çalışan müəllimlərin maaşları ayrı mexanizm əsasında tənzimlənir ki, minimum əməkhaqqının artımı onların maaşlarına təsir göstərmir. Bir sıra dövlət və hökumət orqanlarının tabeliyində, o cümlədən ayrıca fəaliyyət göstərən publik hüquqi şəxs statuslu qurumlarda çalışanların əməkhaqqıları da 19 pilləli vahid tarif cədvəli əsasında hesablanmır və artmır. Düzdür, qeyd olunan kateqoriya işçilərin çalışdıqları sahələrdə də minimal maaş ölkə üzrə müəyyən edilən həddən aşağı ola bilməz və minimum aylıq əməkhaqqı artırılan zaman onlarda da aşağı məbləğdə olan maaşlar artır. Lakin bu, təkrar edirəm, yuxarı səviyyədə maaş alanların aylıq əməkhaqqılarına təsir etmir. Qeyd olunan cəhət bəlkə də məqbul haldır. O baxımdan ki, ölkə üzrə aşağı əməkhaqqı səviyyəsi artırıldıqca minimum maaş həddinin orta aylıq əməkhaqqı səviyyəsinə yaxınlaşması bu yolla cüzi də olsa öz təsbitini tapır. Çünki bu məsələnin özü də ciddi yanaşma tələb edir. Belə ki, ölkəmiz 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əməkhaqqı həddini orta aylıq əməkhaqqı səviyyəsinin 60% hissəsinə çatdırmağı öhdəlik olaraq götürüb. Hazırda isə sözügedən rəqəm heç 37% belə, təşkil etmir. Digər məqam da var. O da bundan ibarətdir ki, minimum aylıq əməkhaqqı artımı ən aşağı əməkhaqqı alan işçilərin gəlirlərinə müsbət təsir etsə də, işəgötürənlərin yükünü və xərclərini yüksəldir. Söhbət onların ödənişlərindən, həmçinin məcburi dövlət sosial sığorta haqlarından gedir. Məcburi dövlət sosial sığorta haqqı qanunvericiliklə sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Bu sığorta zamanı sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir ki, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Sığortaedənin ödədiyi sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22%-i, sığortaolunan üzrə isə - işçinin əməkhaqqı və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3%-i həcmində təşkil edir. Sığorta haqqına cəlb olunan aylıq gəlir məbləğisə 200 manatdır. Hesab edirəm, minimum aylıq əməkhaqqına hər il yenidən baxılacağı təqdirdə işəgötürənlərin və yaxud da işçi götürmədən fərdi sahibkarlıqla məşğul olanların məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərinin yüksəlməsi qarşısı da alınmalı və ölkə üzrə ən aşağı maaş alanların gəlirləri daha yaxşı şəkildə qorunmalıdır. Və ən nəhayət, üçüncüsü... Ölkəmizdə də saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi getdikcə daha çox zəruri görünür. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçən il iyul ayının 1-dək müvafiq təkliflər hazırlanıb veriləcəyi bildirilsə də, hələ ki əlavə məlumat yoxdur. Sonda ümumiyyətlə onu qeyd edim ki, minimal maaş deyilən bir şey əgər həqiqətən də ixtisassız əməyə və xidmətə görə verilən ən aşağı əməkhaqqı məbləği sayılırsa, sözügedən göstərici bunu tam ehtiva etməlidir. Bu mənada o, aylıq deyil, iş saatına görə ödənilsə yaxşıdır.

Mənbə
oxu.az