İqtisadiyyat
Mərkəzi Bankın valyuta ehtiyatlarında ciddi artım var
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il yanvar ayının 30-na olan vəziyyətə 11 milyard 563.5 milyon dollara çatıb. Oxu.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bildirilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları son bir ayda 0.4% və ya 48.6 milyon dollar artıb. Son bir ildə isə AMB-nin valyuta ehtiyatları 5.2% yüksəlib.
Mənbə
oxu.az