Kriminal

Göyçayda daha bir yanğın - Hadisə yerindən görüntülər

03 Feb 2026, 10:12 1 baxış
Göyçayda daha bir yanğın - Hadisə yerindən görüntülər
Göyçay rayonu, İkinci Ərəbcəbirli kəndində obyektdə yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 500 kvadratmetr olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən ibarət tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 60 kv.m olan mağazanın lambirdən ibarət tavanı və dam örtüyünün taxta atmaları 15 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Qeyd edək ki, gecə saatlarında Göyçay şəhəri, Atatürk prospektində yerləşən yaşayış binasında da yanğın baş verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər