Kriminal

Ağsuda qəzada xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb

03 Feb 2026, 10:36 1 baxış
Ağsuda qəzada xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb
Ağsuda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Oxu.Az-a Ağsu Rayon Mərkəzi Xəstəxanasının məlumat verilib. Bildirilib ki, fevralın 2-si saat 22:00-da üç nəfər (kişi) Ağsu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: "Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar". Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər