Kriminal

Xəsarət alan şəxsin anası danışdı: "Arvadı ilə dalaşıb aşağı düşüb, həyətdə başqa oğlan bıçaqlayıb"

03 Feb 2026, 02:06 1 baxış
Xəsarət alan şəxsin anası danışdı: "Arvadı ilə dalaşıb aşağı düşüb, həyətdə başqa oğlan bıçaqlayıb"
Nizami rayonunda ailə-məişət zəminində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub. Hadisə zamanı xəsarət alan Rüfət Haşimovun anası baş verənlərlə bağlı danışarkən bildirib ki, hadisəni iddia edildiyi kimi nəvəsi törətməyib.
Zərərçəkmişin anası hadisə anını və oğlunun vəziyyətini belə təsvir edib: "Mən evdə olmamışam, şəhərdə olmuşam. Həyat yoldaşı ilə dalaşıblar. Xəstəxanada idim, yeni gəlmişəm. Hadisə zamanı oğlum həyat yoldaşı ilə mübahisə edərək həyətə düşüb və orada bir oğlanla dalaşıb. Kim olduğunu bilmirəm, xəsarət yetirən həmin oğlandır. Aşağıda dalaşıblar. Mən gedəndə artıq əməliyyatdan çıxarmışdılar. Səhər palataya köçürəcəklər. İndi vəziyyəti yaxşıdır. Vəziyyəti ağır olsa, mən indi evdə olmazdım".
Mənbə oxu.az

Oxşar Xəbərlər