Kriminal
Şirvanda "Mercedes" və VAZ toqquşdu: Dörd nəfər ağır yaralandı
Şirvanda baş vermiş qəza 4 nəfərin ağır yaralanması ilə nəticələnib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan-Salyan yolunun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Salyan rayonunun Qarabağlı kənd sakini, 2005-ci il təvəllüdlü Vüsal Taleh oğlu Xankişiyevin idarə etdiyi "Mercedes" markalı avtomobil VAZ-2115 markalı avtomobillə toqquşub. Nəticədə avtomobillərdə olan Salyan rayonunun Qarabağlı kənd sakinləri, 2000-ci il təvəllüdlü İsmayıl Səmədağa oğlu Həsənov, 2010-cu il təvəllüdlü Cəfərağa Coşqun oğlu Qurbanov, 2005-ci il təvəllüdlü Xəyyam Mansur oğlu Qurbanov və 2004-cü il təvəllüdlü Xəyal Mansur oğlu Qurbanov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza zamanı elektrik və internet dirəyi aşıb, xətt qırılıb. Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az