Kriminal

Azərbaycan elminə ağır itki...

02 Feb 2026, 23:25 1 baxış
Azərbaycan elminə ağır itki...

Professor Məsud Məmmədov (Məsudi Dövran) vəfat edib


Axar.az-ın Teleqraf-a istinadən məlumatına görə, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Məsud Əliağa oğlu Məmmədov bu gün vəfat edib.


Alim 1973-cü ildə elm aləmində demək olar ki, tədqiq olunmamış “Xələc dili” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edən Məsud Məmmədov 1985-ci ildən professor adını alıb.


O, 1975–1994-cü illərdə Özbəkistan Respublikasının Gülüstan Dövlət Universitetində baş müəllim kimi fəaliyyətə başlayıb, sonradan “Rus dili” kafedrasının müdiri, “Rus dili və ədəbiyyatı” fakültəsinin dekanı, 1987–1992-ci illərdə isə tədris işləri üzrə prorektor vəzifəsinə qədər yüksəlib.


1992–1994-cü illərdə Qazaxıstanın Türkistan şəhərində fəaliyyət göstərən Türk–Qazax Beynəlxalq Universitetinə dəvət olunaraq “Türk dili” kafedrasının müdiri kimi çalışıb.


1994-cü ildən etibarən Lənkəran Dövlət Universitetində pedaqoji və elmi fəaliyyətini davam etdirən Məsud Dövran 300-ə yaxın elmi məqalənin, 5 monoqrafiyanın və 6 şeir kitabının müəllifidir.

Mənbə axar.az

Oxşar Xəbərlər