Kriminal

Gəncədə qaz sızmasından partlayış oldu: Yaralılar var

02 Feb 2026, 17:28 1 baxış
Gəncədə qaz sızmasından partlayış oldu: Yaralılar var
Gəncə şəhərində partlayış baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsi ərazisindəki kanalizasiya quyusunun təmiri zamanı qeydə alınıb. İlkin məlumata görə, quyudan keçən qaz xəttində sızma olub. Fəhlələr kanalizasiya quyusunda dəmir boruda qaynaq apararkən qəfil partlayış baş verib. Partlayış nəticəsində qaynaqçı, 1968-cı il təvəllüdlü Əli Paşayev, fəhlələr - 1984-cü il təvəllüdlü Anar Zamanov və 1989-cu il təvəllüdlü Mahir Bağırov yanıq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər