Cəmiyyət
Bakıda lisenziyasız fəaliyyət göstərən kosmetoloji mərkəz cərimələndi
"LifeMed Center" kosmetoloji mərkəzində Səhiyyə Nazirliyi tərəfindən yoxlama aparılıb. Oxu.Az Yurd.media-ya istinadən xəbər verir ki, Bakıda yerləşən "LifeMed Center" adlı kosmetoloji mərkəzdə 2025-ci ilin avqust-noyabr aylarında lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloq) göstərdiyi müəyyən edilib. Mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta törədilməsi müəyyən edilib və Səhiyyə Nazirliyi tərəfindən 5 000 manat cərimə olunub. Bu qərardan Nizami Rayon Məhkəməsinə şikayət edilib və Səhiyyə Nazirliyinin qərarının ləğv edilməsi istənilib. Məhkəmə şikayəti təmin etməyib.
Mənbə
oxu.az