Cəmiyyət

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

19 Oct 2026, 22:47 3 baxış
Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

Azərbaycan Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilən şəxslərdən biri də “Abdullah İmamoğlu” adı ilə tanınan ilahiyyatçı, yazıçı Zəkəriyə Candır.


Axar.az xəbər verir ki, o, qatı islamçıdır və mühafizəkar dairələrdə fəaliyyət göstərir.


1981-ci ildə Niderlandda anadan olan Z.Can Rotterdam İslam Universitetinin “Hədis” bölməsini bitirib. Daha öncələr Niderlandda optika sahəsində işləyib.


2012-ci ildə Türkiyəyə köçdükdən sonra "Köklü dəyişim" (Köklü Değişim) jurnalı və platforması çərçivəsində təfsir dərsləri keçməyə, məqalələr yazmağa və video proqramlar hazırlamağa başlayıb. Onun proqramları arasında “Təfsirül-Furqan” da var.


2014-cü ildə sözügedən jurnalda “Abdullah İmamoğlu ilə Təfsirül-Furqan” adı altında təfsir dərslərinə başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər