Cəmiyyət

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

02 Feb 2026, 13:50 2 baxış
Ədliyyə generalı Tərtərə prokuror göndərildi
Tərtər rayonuna yeni prokuror təyin edilib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, respublika hərbi prokurorunun sabiq müavini, ədliyyə general-mayoru Fuad Məmmədov rayona prokuror göndərilib. Qeyd edək ki, Tərtərin əvvəlki prokuroru Əli Qurbanov bir neçə gün əvvəl eyni rayonun hərbi prokuroru təyin olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər