Kriminal

Lənkəranda altıotaqlı ev yanıb: Ölən var

02 Feb 2026, 09:22 1 baxış
Lənkəranda altıotaqlı ev yanıb: Ölən var
Lənkəranda altıotaqlı ev yanıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, şəhərin Aşağı Nüvədi qəsəbəsində ümumi sahəsi 400 kvadratmetr (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli altıotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər