Kriminal

Abşeronda 43 yaşlı qadın faciəli şəkildə öldü

02 Feb 2026, 09:42 1 baxış
Abşeronda 43 yaşlı qadın faciəli şəkildə öldü
Abşeronda 43 yaşlı qadın dəm qazından boğulub. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Aşağı Güzdək qəsəbəsi, H.Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində baş verib. Həmin evdə yaşayan 1983-cü il təvəllüdlü E.Seyidova dünən axşam saatlarında evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Yaxınları onun meyitini hamamda aşkarlayıblar. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər