Kriminal
Bakı-Quba yolunda dəhşətli qəza: Bacı və qardaş faciəli şəkildə həlak oldular
Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadla xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində faciə yaşanıb. Qəza zamanı 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva və onun qardaşı, 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev hadisə yerində həyatlarını itiriblər. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə
oxu.az