Kriminal
Bakı-Quba yolunda dəhşətli qəza: Bacı və qardaşı öldü
Bakı–Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Axar.az Report-a istinadən məlumat verir ki, iki avtomobilin toqquşması nəticəsində faciə baş verib.
Qəza zamanı 2006-cı il təvəllüdlü Mirzəyeva Səma Cəmaləddin qızı və onun qardaşı, 2001-ci il təvəllüdlü Mirzəyev Ramal Cəmaləddin oğlu hadisə yerində həyatını itirib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır
Mənbə
axar.az