Kriminal
Gədəbəy sakini küçə itlərinin hücumuna məruz qalıb
Gəncə şəhərində Gədəbəy rayon sakini olan qadın küçə itlərinin hücumuna məruz qalıb. Oxu.Az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə nəticəsində 2003-cü il təvəllüdlü Nigar Məhərrəmova xəsarət alıb. 23 yaşlı qadın dərhal Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Həkimlərin verdiyi məlumata görə, hazırda vəziyyəti qənaətbəxşdir.
Mənbə
oxu.az