İqtisadiyyat

Ötən il Azərbaycanda mobil operatorların gəlirləri 1,3 milyard manata yaxınlaşıb

31 Jan 2026, 18:12 1 baxış
Ötən il Azərbaycanda mobil operatorların gəlirləri 1,3 milyard manata yaxınlaşıb
Ötən il Azərbaycanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 3 milyard 989 milyon manat olub. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, xidmətlərin 69.2 faizi əhali sektorunu əhatə edib. 2025-ci ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 2024-cü illə müqayisədə 8.7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82.8 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 32.4 faizi və ya 1 milyard 290.9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər